XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2016 - 11:15

Qərb ölkələri Ukraynaya ölüm silahı verir? –Ali Radanın sədrindən sensasion anons

abd-ukraina

"Rusiyanın təcavüzü səbəbindən Ukraynaya ölüm silah vermək üzərində 5 ölkə işləyir".

Ukrayna mediası xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının sədri Andrey Parubiylə görüşdə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

Parubiy qeyd edib ki, təhlükəsizlik məsələsində dəstək, ilk növbədə, silahların verilməsi və iqtisadi dəstək Ukrayna üçün əhəmiyyətlidir. 

“Biz hərbi texnika və başqa köməyin çatdırılması zamanı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi nöqteyi-nəzərindən ehtiyacları qiymətləndirəcəyik”, – Kerri bildirib.

Daha əvvəl ABŞ-ın Ukraynadakı sabiq səfiri Stiven Payfer bildirib ki, Hillari Klinton Ukraynaya ölüm silahı verə bilər. Bundan başqa, Kanada və Ukrayna müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşmanı imzalamağa hazırlaşır. Bu razılaşma Kanadanın Ukraynaya silah çatdırmasına imkan verəcək(Publika.az).