XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 11:32

Avropadan 3 ölkəyə viza ilə bağlı “yaşıl işıq” –Strasburqda səsvermə

avropa birliyi

Strasburqda  Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin toplantısı keçirilib.

Toplantıda Komitə Gürcüstan, Ukrayna və Kosovanın viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdiklərini və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirib.

Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 "bəli", 3 "xeyr" səsi verilərkən, bitərəflərin səsi 6 olub. Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahəti üçün 43 deputat lehinə, 5 deputat əleyhinə səs verib, 3 üzv bitərəf qalıb. Kosovo ilə bağlı səsvermədə isə 38 "bəli", 7 "xeyr" və 6 bitərəf səs çıxıb.

Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.

Marja.az