XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 12:50

Sabiq deputat məhkəmədə ifadə verdi:"Talassemiya daşıyıcısıyam..."

guler-ehmedova

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədova ölkə hüdudlarından kənara çıxmasına qoyulan məhdudiyyətin götürülməsi ilə birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədov vəsatətlə çıxış edib. O, G.Əhmədovanın bir neçə dəfə cərrahiyyə əməliyyatı olunduğunu bildirib: "Hüquqlarını müdafiə etdiyim şəxs Gülər xanım kəskin beyin qan dövranın pozulması, qan xəstəliyi və s. xəstəliklərdən əziyyət çəkir. O, 8 ay müddətinə ölkədən çıxıb Almaniyada əməliyyat olunmalıdır".

G.Əhmədova talassemiya daşıyıcısının olduğunu deyib: "İlk dəfə 24 yaşımda əməliyyat olunmuşam. Həmin vaxt talassemiya daşıyıcısı olduğum bilindi. Bundan sonra heç vaxt Azərbaycanda cərrahiyyə olunmuram. Deputat olduğum dövrlərdə də mütəmadi olaraq xaricə müalicə üçün gedirdim".

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə saat 15:00-a qədər müşavirəyə yollanıb(Lent.az).

Müşavirədən 15.00-da dönən məhkəmə heyəti prosesin iyulun 12-nə təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə müraciət edib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) 307.2-ci (cinayət barəsində xəbər verməmə ) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.