XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 15:09

“PKK terror təşkilatıdır, ancaq YPG və PYD…” –ABŞ-dan açıqlama

kirbi

"ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir".

Bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyənin PKK terrorçularına qarşı təşkil etdiyi əməliyyatlara münasibət bildirərkən deyib.

Departament nümayəndəsinin sözlərinə görə, rəsmi Ankaranın vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var:

“Varşavada keçiriləcək danışıqların önünə keçmək istəmirəm. ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir. Dünən də dediyim kimi, Türkiyənin PKK-nın terror hücumlarından ötrü özünü, vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var. YPG və PYD ilə bağlı fikirlərimizdə isə bir dəyişiklik yoxdur. Onları terrorçu təşkilat olaraq görmürük”.

Axar.az