XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 16:28

“Əgər düşmən obrazı səylə axtarılsa,…” –Rusiyadan NATO-nun baş katibinə cavab gecikmədi

peskov

“Əgər düşmən obrazı axtarılmasa, Rusiya və NATO əməkdaşlıq edə biləcək”.

“RİA-Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər düşmən obrazı səylə axtarılsa, düşmən obrazı altında anti-Rusiya siyasəti aparılsa, rusofobiya yayılsa, Rusiya sərhədlərinə hansısa yeni quru və aviasiya hissələri yaxınlaşdırılsa, o halda çətin ki, qarşılıqlı əməkdaşlıq üçün hansısa bir əsası tapmaq mümkün olacaq”, – Peskov bildirib.

Onun sözlərinə görə, təhlükənin Rusiyadan gəldiyini demək absurddur. O, real təhlükənin terrorizm olduğunu bildirib.

“Rusiyanın kifayət qədər ardıcıl və aydın dünyagörüşü NATO ilə uyğun gələrsə, əlbəttə ki, burada qarşılıqlı əməkdaşlıq üçün geniş meydan olacaq”, – Kremlin sözçüsü qeyd edib.

Publika.az