XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 06:47

Ermənistanda inqliab təxirə salındı?

ermeni aksiya02.jpg

Bu gün Ermənistanda hökumətin elektrik enerjisinin qiymətinin qaldırmasından sonra, 19 iyundan başlayan etiraz aksiyası sona çata bilər.

Dünən Yerevanda polisin təkidi ilə Baqramyan prospektini tərk edərək Azadlıq meydanında oturaq aksiyanı davam etdirən etirazıçılar səhər saatlarından başlayaraq dağlışmağa başlayıblar.

Aksiyanı təşkil edən “Talana yox!” hərəkatının fəalı Maksim Sarkisyan RİA Novosti agentliyinə bildirib ki, bu gün mətbuat konfransı keçiriləcək və hərəkat üzvləri gələcək planlarını açıqlayacaqlar.

“Talana yox!” hərəkatına yaxın çevrələrdən sızan məlumatlara əsasən Ermənistan KİV-i xəbər verir ki, etirazçılar hökumətə təkliflər hazırlamaq üçün ekspert qrupu yaradılmasına qərar verə bilər.

Hadisələrin bu ssenari üzrə inkişafı prezident Serj Sərkisyan üçün ən yaxşı variantlardan biri sayılır və hökumət üçün etiraçıları danışıqlar masasına çəkmək indiki halda çox vacibdir. İlk mərhələdə etirazçılarla müzakirələrin başlaması emosiyaları sakitləşdirə bilər, konkret qərarların qəbulunu isə uzatmaq və əlavə tədbilər də görmək olar.

Strateq.az