XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 12:25

Obama:"Qarşıda bizi asan olmayan dövr gözləyir"

barak-obama-1

Varşava sammit öncəsi “Financial Times”da dərc olunan məqaləsində ABŞ prezidenti Barak Obama bildirib ki, indi Qərb dünyasına heç vaxt olmadığı qədər birlik lazımdır.

Obamanın sözlərinə görə, Qərb və ümumilikdə NATO bir çox təhdidlərə – ekstremistlərin hücumlarına, Suriyadan Əfqanıstana qədər qaynar nöqtələrdəki hərbi münaqişələrə  duruş gətirməlidir: “Rusiyanın Ukraynaya qarşı aqressiyası da vahid, azad və dinc Avropa anlayışını təhlükəyə atıb. Bununla yanaşı, Britaniyadakı referendumun nəticələri Avropa inteqrasiyasının gələcəyi ilə bağlı suallar yaradır. Varşavada növbəti dəfə qətiyyətlə bəyan etməliyik ki, NATO-dakı hər bir müttəfiqimizi müdafiə etməyə hazırıq. Bütün bunların fonunda Qərbə heç vaxt olmadığı qədər birlik lazımdır. Ilk növbədə ABŞ, Avropa Ittifaqı və Britaniya arasında sıx əməkdaşlıq olmalıdır.

Eyni zamanda Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizin müdafiəsini gücləndirməliyik. Onların yeni hücumlara duruş gətirməsini və kiberhücumlardan qorunmasını təmin etməliyik. Qarşıda bizi asan olmayan dövr gözləyir. Lakin ötən illər ərzində öyrəndiklərimiz göstərir ki, bir və güclü olsaq, demokratik dəyərlərimizə sadiq qalsaq, bizi zəfər gözləyir”(azadlıq.info).