XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 14:47

İtaliyalı nazir:"Britaniya Avropa İttifaqında qala da bilər"

""Brexit" qərarına baxmayaraq, Britaniyanın Avropa İttifaqında qalması istisna olunmur".

Bunu İtaliyanın xarici işlər naziri Paolo Gentiloni BBC-ə müsahibəsində bildirib.

"Son 20 il ərzində biz referendum nəticələrinin başqa bir referendum və hətta milli parlamentlərin qərarları ilə ləğv edildiyini görmüşük”, deyən italiyalı diplomat Almaniya və Fransanı misal çəkib.

Paolo Gentiloninin sözlərinə görə britaniyalılar qərarlarını dəyişərsə o, bu münasibətlə şampan qədəhini qaldırmağa hazırdır.

Ölkənin Avropa İttifaqında üzvlüyü ilə bağlı referendum iyunun 23-də keçirilib. Onda iştirak edənlərin az qala 52 faizi ölkənin Aİ-dən çıxmasına səs verib. "Brexit" qərarından sonra ayrılma prosedurunu işə salmaq üçün Lissabon razılaşmalarının 50-ci madəsi tətbiq olunmalıdır. Britaniya hökuməti hələ ki, bu barədə rəsmi müraciət etməyib.