NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bu Varşavada NATO sammitinin yekun kommunikesində öz əksini tapıb.
"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir", – deyə, sənəddə bildirilib.
Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.
Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.