XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 21:38

Qorbaçovdan sensasion açıqlama:"NATO Rusiya ilə müharibəyə hazırlaşır"

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov sensasion bəyanatla çıxış edərək NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qorbaçov NATO-nun Varşavada keçirilən sammitinin nəticələrini təhlil edərək bu qənaətə gəldiyini deyib: «NATO «soyuq savaşdan» "qaynar savaşa" keçid edir. Varşavadakı ritorikadan hiss olunur ki, Rusiyaya az qala, müharibə elan olunacaq. Onlar sadəcə müdafiədən danışırlar. Lakin faktiki olaraq hazırlıq işi görürlər».

Qorbaçovun sözlərinə görə, Varşavada qəbul olunan qərarlar Rusiyanı qarşıdurmaya çəkir: «NATO üzvləri özlərini elə göstərirlər ki, guya heç nədən qorxmurlar. Bu da olduqca şübhəlidir. Bununla bizi də, bütün dünyanı da daha böyük qarşıdurmaya çəkirlər».

Qorbaçov hesab edir ki, beynəlxalq ictimaiyyət savaşa aparan bu cəhdlərin qarşısını almaq üçün bütün gücünü ortaya qoymalıdır: «Əlbəttə, Rusiya müdafiə xəttini davam etdirəcək. Moskvanı sərt cavab tədbirlərinə vadar edirlər. Bu qorxunc prosesi dayandırmaq lazımdır. Dünyanı qaynar savaşdan qurtarmaq üçün bütün xalqlar səy göstərməlidir».

Qorbaçovun fikrincə, Varşava samiiti NATO-nun yürütdüyü siyasətdə böhran yarandığını ortaya qoydu.