XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 14:23

Aprel döyüşlərində yaralanan tankçımızdünyasını dəyişdi

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq həmin vaxtdan koma vəziyyətində olan tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Bu barədə anspress-ə Milli Məclisin 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə məlumat verib.

Millət vəkilinin sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Rahim Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib.