XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 15:39

“Avro-2016”:Final oyununda stadionu 5 min polis qoruyacaq

Fransa və Portuqliya yığmaları arasında keçiriləcək futbol üzrə Avropa Çempionatının finalı ərəfəsində oyunun keçiriləcəyi stadiona 5 mindən çox polis göndəriləcək.

BBC xəbər verir ki, polis paytaxt Parisdəki "Stade de France" stadionunu və eyni zamanda Eyfel qülləsi yaxınlığında yerləşən Fan Zonanı qoruyacaq. Təkcə Fan Zonanı 2 minə yaxın mühafizə edəcək.

Lakin rəsmilər xəbərdarlıq edib ki, Fransanın qalib gələcəyi təqdirdə qələbə yürüşü olmayacaq. Fransanın 1998-ci il Dünya Çempionatında qələbəsini bir milyondan çox insan Parisin məşhur Champs Elysees küçəsində qeyd etmişdi.

Ötən ilin noyabr ayında 130 nəfərin ölümü ilə nəticələnmiş hücumlardan sonra polis və ordu Parisdə nəzarəti həyata keçirir. Həmin vaxt cihadçılar "Stade de France" da daxil olmaqla Parisdə bir neçə məkana hücum etmişdilər.