XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 16:45

Ərdoğan Merkelin qarşısına konkret şərt qoyub –Almaniya mətbuatı

merkel

Almaniya parlamentinin 1915-ci il hadisələrini "soyqırım" olaraq tanımasından sonra Türkiyə və Almaniya arasında yaşanan gərginlik davam edir.

Almaniya mətbuatında "İncirlik" hərbi bazasına ziyarətlə bağlı yeni iddialar yer alıb.

Məlumata görə, Almaniyanın müdafiə naziri Usrula von der Leyendən sonra kansler Angela Merkel də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan "İncirlik" hərbi bazasını ziyarət etmək üçün icazə ala bilməyib. 

"Spiegel Online"nın xəbərinə görə, Ərdoğan Merkeldən imkansız bir şeyi tələb edib. 

Belə ki, Türkiyə prezidenti Almaniya kanslerindən "parlamentin erməni soyqırımı qərarı hökumətin mövqeyi deyildir" məzmununda ictimaiyyətə açıqlama verməsini istəyib. 

Yalnız bu şərtin yerinə yetiriləcəyi təqdirdə, Almaniya rəsmilərinin "İncirlik" hərbi bazasını ziyarət etmələrinə icazə veriləcəyi bildirilib.

Musavat.com