Qərib Məmmədov akademik-katib seçildi
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Rəyasət Heyətinin iclasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planı da təsdiq olunub.
AMEA-dan Strateq.az-a verilən məlumata görə, akademik Qərib Məmmədov Dövlət Proqramı haqda çıxış edib. Rəyasət Heyətinin qərarı ilə “2015-2024-cü Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”nın icrasına nəzarət Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədova tapşırılıb.