XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

11 İyul 2016 - 12:31

Azərbaycanda qızılın qiyməti niyə qalxır? –Ekspertdən şərh

vuqarbayram-1.jpg

Qızılın dünya bazar qiymətində artımlar davam etməkdədir. Belə ki, son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı 1 ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub. Artıq qızılın 1 qramı 44 dollara təklif edilməkdədir.

Strateq.az xəbər verir ki, qızılın belə sürətlə qalxmasına münasibət bildirən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu, gözlənilən idi:

"Xatırlayırsınızsa, bir müddət öncə, ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Sorusun qızıl bazarına böyük məbləğdə sərmayə yönəltdiyini qeyd etmişdik. Elə o zaman qızılın qiymətinin yüksələcəyini proqnozlaşdırmışdıq. Bu artımlar artıq müşahidə edilməkdədir. Qızıl bazarına yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Eyni zamanda, qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub. Nəticədə, bu, özünü dünya bazarında qızılın qiymətində artımlarda göstərməkdədir. Təbii ki, milyarder Corc Sorusun sözügedən bazara geniş məbləğdə sərmayə etdiyindən spekulyativ davranışların olması da istisna edilmir".

İqtisadçı deyir ki, Azərbaycanın qızıl bazarına qlobal qiymət artımları təsir göstərməkdədir:

"Eyni zamanda güman olunur ki, növbəti dövrdə qiymət artımları daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digət tərəfdən isə idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödənildiyini nəzərə aldıqda dünya bazarında qiymət artımları davam edəcəyi halda qiymət artımlarının olacağı qaçılmazdır".