Türkiyə cümə günü Suriyaya hərbi müdaxilə edəcək. Bu iddianı İngiltərənin nüfuzlu mətbu orqanlarından olan “Daily Telegraph” irəli sürür. Qəzetin Yaxın Şərq müxbiri Richard Spencerin qələmə aldığı xəbər ''Türkiyə, İŞİD və kürdləri dayandırmaq üçün Suriya işğalına hazırlaşır '' başlığıyla nəşr olunub.
Xəbərdə Rəcəb Tayyib Ərdoğanın razılığı ilə türk ordusunun həm rejimə, həm də İŞİD-ə qarşı daha effektli mübarizə aparmaq üçün bu əməliyyatı keçirəcəyi bildirlir. Yazıda həmçinin qeyd olunur ki, Ankaranın məqsədi Suriyanın sərhədləri daxilində ölkədən qaçan sivil vətəndaşlar üçün qaçqın düşərgələri yaratmaq, İŞİD-ə qarşı bufer zona meydana gətirmək və kürd separatçılarının dövlət qurmaq təşəbbüslərinin qarşısını kəsməkdir.
Strateq.az