XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 14:36

“Biriləri qardaşlıq bağlarını qoparmaq istəyir…” –Baş nazirin köməkçisindən önəmli mesajlar

numan-kurtulmus

Bu gün Türkiyədə baş naziri Binali Yıldırımın rəhbərliyi ilə hökumətin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, toplantıdan sonra gündəmdəki məsələlərlə bağlı açıqlama verən baş nazirin köməkçisi Numan Kurtulmuş əvvəlcə PKK liderlərindən "Bahoz Erdal" kod adlı Fehman Hüseynin öldürülməsi xəbərinə aydınlıq gətirib:

"Bəli, "Bahoz Erdal"ın öldürüldüyünə dair bilgilər var. Ancaq bu bilgilər təsdiqlənmiş deyil. Bunun kəşfiyyat  və xəbər qaynaqları tərəfindən təsdiqlənməsinə ehtiyac var".

Daha sonra Türiyədə PKK-ya qarşı aparılan əməliyyatlar və dağıdılan şəhərlər haqda açıqlama verən Kurtulmuş deyib ki, biriləri terrorla Türkiyədəki qardaşlıq bağlarını qoparmaq istəyirlər:

"Ancaq çox şükür bunu edə bilmirlər, edə bilməyəcəklər də. Bu ölkənin kürdləri də, türklər qədər sahibidir. Bəli, terrorla mübarizədə ortaya dağılmış qəsəbələr mənzərəsi də çıxıb. Ancaq bunlar aradan sürətlə qaldırılacaq. Hökumətin iclasında bu məsələ də ön planda olub".

Daha sonra Ərdoğanla Merkelin Varşavada görüşündəki gərgin anlara toxunan baş nazirin köməkçisi bildirib ki, İncirlik bazası hərbi bir sahədir: "Ancaq Almaniyanın problemi Alman parlamentindən aslı olan tamam siyasi məsələdir. Yəni ortadakı məsələlərdə fərqliliklər var. Bununla bağlı da danışıqlar davam edir".

Misirlə aralarındakı münasibətlərin bərpası ilə bağlı suala cavab verən Numan Kurtulmuş deyib kİ, hələlik bu istiqamətdə rəsmi və ya qeyri-rəsmi bir addım atılmayıb: "Bizim Misir xalqına düşmən olmağımız əsla mümkün deyil. Biz Misirdə demokratik bir ölkə modelini müdafiə etdik. Misir demokratik bir formada öz prezidentini seçdi. Amma 5 hərbi çevriliş görmüş bir ölkənin insanı olaraq söyləyirəm, nə yazıq ki, çox qısa zamanda Misirdə seçilmiş hökümət hərbi çevrilişlə vəzifədən uzaqlaşdırıldı. Türkiyə buna görə əlaqələri dondurdu…".