XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 15:19

Nazir Ramil Usubov olimpiya çempionuna vəzifə verdi

ramil-usubov.jpg

Stend atıcılığı üzrə Olimpiya çempiona Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.

Report-un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb. Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir. Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.