XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 16:50

Mərkəzi Bank dolların kursunu “cilovlaya” biləcək? –Ekspert

vuqarbayram-1.jpg

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bankın  hər biri 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon dollar məbləğində hərraca dollar çıxarıb və bu vəsaitin hamısı 29 banka satılıb.

Aylar sonra Mərkəzi Bankın satıcı qismində meydana çıxması isə iqtisadçılar arasında maraqla qarşılanıb. Çünki çoxları bu addımı dolların yüksələn kursunun "cilovlanması"na cəhd kimi yozmağa başlayıblar.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın belə bir statusa qayıtması indiki mərhələdə vacibdir: "İyulun 1-də təklif etdiyim kimi, Mərkəzi Bank bu gün nəhayət satıcı qismində hərraca qayıtdı. Dövlət Neft Fondu ilə birlikdə sözügedən qurum kommersiya banklarına 200 milyon dollar satıb.

Bu isə o deməkdir ki, Mərkəzi Bank xarici valyutaya olan gündəlik tələbi tam ödəməklə, manatın dollara nisbətən kursunu mərhələli şəkildə stabilləşdirməyə cəhd etdi.

Əslində, Mərkəzi Bank bunu çoxdan, ən azı həmin təklifimi baş banka ünvanlayanda etməli idi. O zaman qeyd etdiyim qalan digər 3 təklif də Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilərsə, kommersiya banklarının valyuta bazarındakı spekulyativ müdaxilələrini minimumlaşdırmaq və bununla da manata təzyiqi azaltmaq mümkündür".