XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 İyul 2016 - 18:15

“Mərkəzi Bank valyuta bazarındakı gərginliyi azaltmaq istəyir” –Samir Əliyev

samir eliyev-1

"Mərkəzi Bankın bazara qayıtması və Neft Fondunun hərracda dollar satışını 2 dəfə artırması, həm xarici borcları qaytarmaq üçün banklara dəstək, həm də manatın sabitliyini təmin etmək məqsədi daşıyır".​

Bunu Strateq.az-a açıqlamasında tanınmış iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, iki aylıq fasilədən sonra Mərkəzi Bankın valyuta hərracına qoşulması valyuta bazarında gərginliyin olduğuna dəlalət edir:

"Son bir ayda valyuta bazarında dollara tələbat artıb. Bunun əsas səbəbi bankların xarici borc öhdəliklərinin ödənilməsi səbəbindən valyutaya ehtiyacın yaranmasıdır. Mart-aprel aylarında hərracda iştirak edən bankların sayı 10-15 idisə, iyunda onların sayı 2 dəfəyədək artmışdı. Bundan əlavə, Brexit hadisəsi psixoloji olaaq dollara tələbatı müvəqqəti də olsa, artırdı. Turizm mövsümi şəraitində xaricə vayuta axını da manatı təzyiq altında saxlayır".

Samir Əliyev onu da bildirib ki, manatln son iki ayda davamlı ucyzlaşması milli valyutaya etibarı da azaldırdı: "Görünür, Mərkəzi Bank bugünkü addımıyla valyuta bazarındakı gərginliyi azaltmaq istəyir".

Xatırladaq ki, bu gün Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bankın hər biri 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon dollar məbləğində hərraca dollar çıxarıb və bu vəsaitin hamısı 29 banka satılıb.

Strateq.az