XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 20:32

Kəmaləddin Qədimin səhhəti ağırlaşıb:Şairin ürəyi “şıltaqlıq edir”

 

kemaleddin-qedim

İstedadlı şair, AYB-nin üzvü, Hüseyn Cavid ədəbi məclisinin sədri Kəmaləddin Qədimin səhhətində ciddi problem yaranıb.

Strateq.az-ın məlumatına görə, o, ürəyində baş verən narahatlıq səbəbiylə Ş. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yatırılıb.

 Məlumatı şairin yaxınları da təsdiqləyib. Yaxınlarının bildirdiyinə görə, şairin səhhəti hazırda qismən normallaşıb.

Maraqlıdır ki, tanınmış şairin səhhətiylə indiyə qədər nə AYB-dən, nə də digər müvafiq qurumlardan maraqlanan olmayıb.

Altı kitab müəllifi olan Kəmaləddin Qədim kimdir?

Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır.

Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır.

Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərən şair dövri mətbuatda vaxtaşırı şeirlərilə çıxış edir. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub, Türkiyə türkcəsinə tərcümə edilib.

Bu günə qədər altı şeir kitabı işıq üzü görüb.

Kitabları:

"Yığış gedək, günahım", Bakı, "Vektor", 2007

"Günahı yazan mələk", Bakı, 2008

"Allahdı, şeytandı, mənəm", Bakı, "Vektor", 2009

"Allahı sevsəydin", Bakı, 2013.

"Yaşamaqda nə varsa", Bakı, 2013.

"Daha sonumu yazıram", Bakı, 2014.

Sairə şəfalar diləyirik.

Strateq.az