XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 11:28

Mükafatlandırılan 6 general hansı vəzifəni tutur?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3 zabitinə ali xüsusi rütbə verilib, həmçinin 3 general isə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə təltif ediliblər.

Strateq.az ali xüsusi rütbə alan şəxslərin, eləcə də xidmətdə fərqləndiklərinə görə, mükafatlandırılan generalların DİN sistemində hansı vəzifəni tutduqlarını aydınlaşdırıb:

1. Polis general-leytenantı ali xüsusi rütbəsi verilən şəxs – general-mayor İsmət Rəşid oğlu ƏliyevDaxili işlər nazirinin müavini vəzifəsini tutur.

2. Polis general-mayoru ali xüsusi rütbəsi verilən polkovnik Seyfulla Səttar oğlu ƏzimovDİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutur.

3. Polis general-mayoru ali xüsusi rütbəsi verilən polkovnik Əkbər Arif oğlu Yusifov MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktorunun müavini vəzifəsini tutur.

4. ​2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-leytenant Quliyev Fazil Balahəsən oğlu – Daxili işlər nazirinin müavini, eyni zamanda Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsini tutur.

5. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Seyidov Mirqafar Mircəfər oğluBakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutur.

6. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Bağırov Səhlab Əloş oğluBakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsini tutur.