XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 14:24

ƏSF-nin Himayəçilik Şurasının tərkibində dəyişiklik oldu –SİYAHI

memurlar

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının tərkibi yenilənib.

Şuranın sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov təyin olunub.

Qeyd edək ki, bunadək bu vəzifəni "Unibank" ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov tutub.

İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov Şuradakı yerini qoruyub.

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov, Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova, Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsinin böyük inspektoru İsi Mustafayev Himayəçilik Şurasının üzvlüyündən çıxarılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi Asim Zülfüqarov, Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov və "Kapitalbank" ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Şuranın yeni üzvləridir. 

APA