Rusiyanın Yekaterinburq məhkəməsi qarışıq döyüş növləri üzrə idman ustalığına namizəd Tiqran Çiçakyanı futbol üzrə Azərbaycan çempionu Emil Hüseynovu qətlə yetirdiyinə görə 9 il azadlıqdan məhrum edib.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, T.Çiçakyan 2015-ci ildə Yekaterinburqdakı kafelərin birində şəxsi ədavət səbəbindən futbolçumuza 3 bıçaq zərbəsi endirmişdi. O, aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişmişdi.