XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 12:48

Təhsil Nazirliyindən “2” alanlarla bağlı daha bir –Açıqlama

tehsil-nazirliyi-manset

"2012-ci illə müqayisədə bu il bütün fənlərdən müsbət qiymət alanların sayı 17 faiz artıb”.

Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. 

O bildirib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb. "2012-ci ildə 50% şagird müsbət nəticə göstərmişdisə, bu il rəqəm 67.3 %-ə çatıb. İllər üzrə dinamikaya baxsaq, artım müşahidə edirik. Bir fəndən "2” alan şagirdlərin sayında 30% azalma müşahidə edilir”.

Şöbə müdiri qeyd edib ki, bu gün ən çox müzakirə olunan məsələ "2” alan şagirdlərlə bağlıdır. "Bu məsələyə rəqəmlərlə aydınlıq gətirmək istərdik. Belə ki, 2013-cü ildə Ana dilindən 9-cu sinif üzrə 37693 şagird "2” almışdısa, bu il rəqəm 20000-ə düşüb”.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb.

Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən E.Əmrullayev ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.