XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 13:04

Azərbaycanla Ukrayna arasında rəsmi sənədlər imzalandı –FOTOLAR

ilham-porosenko

Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.

İki ölkənin müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb. 

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

APA