XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 13:37

“Müzakirə edilməli, həll edilməli məsələlər çoxdur” –İlham Əliyev

ilham-porosenko-ele

“Səfəriniz, sözsüz ki, ikitərəfli münasibətlərimizin inkişafı baxımından çox vacibdir.  Müzakirə edilməli, həll edilməli məsələlər çoxdur”.

Bu sözləri prezident İlham Əliyev Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 5-ci iclasında çıxışı zamanı deyib. O bildirib ki, qarşılıqlı maraq doğuran və yaxşı perspektivi, potensialı olan məsələlər barədə ətraflı müzakirələr aparılır.

Ukrayna prezidentinin Bakıya səfərinin vacibliyinə toxunan Azərbaycanın dövlət başçısı müxtəlif istiamətlər üzrə qarşılıqlı fəaliyyət yollarını müəyyən etmək niyyətində olduqlarını söyləyib.

Öz növbəsində, Ukrayna prezidenti Pyotr Poroşenko ölkələr arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb: “Xalqlarımız arasında münasibətlərdə yüksək potensial mövcuddur. Təsdiqləyə bilərəm ki, prezidentlər arasında da isti və dost münasibətləri var. Biz fəal danışıqlar  prosesindəyik”.  

P. Poroşenkonun sözlərinə görə, tərəflər arasında əldə edilən bütün razılaşmalar qətiyyətlə həyata keçirilir.

APA