XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 16:15

Nazir Ramin Quluzadədən daha bir əmr –Aparat rəhbərinin müavini təyin edildi

ramin

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni təyinat olub.

Belə ki, nazir Ramin Quluzadənin əmri ilə Zamin Nurəhmədov nazirliyin aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə qədər, daha dəqiqi,  2013-2016-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC-nin Dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, daha öncə bu vəzifəni sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanov tutub(APA).