XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 16:33

“Putin desə, hakimiyyətdən əl çəkərəm” –Bəşər Əsəddən maraqlı açıqlamalar

esed-1

Suriyada 5 ildir öz xalqının başına bomba yağdıran Bəşər Əsəd telekanallardan birinə verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin himayəsinə sığındığını etiraf edib. 

Əsəd ABŞ-ın "NBC" telekanalına belə deyib: “Putin iqtidardan getməyimlə bağlı heç vaxt mənə bir söz deməyib. Görünür, o, Suriyanı məhz mənim idarə etməyimi istəyir”.

“Hesab edirəm tarix məni Suriyanın terrordan qoruyucusu kimi görür. Əgər ölkəni terrorçulardan qorumaq üçün onları öldürüb, məğlub etsəniz, cani yox, vətənini sevən qəhrəman kimi ad çıxararsınız”, – deyən B.Əsəd Putini gen-bol tərifləyib.

"Rusiya prezidenti ilə münasibətlərimiz əsl mənəvi hisslərə söykənir, çox səmimi və qarşılıqlı hörmətə əsaslanır. O desə ki, hakimiyyətdən əl çək, çəkərəm”, – deyə, Əsəd vurğulayıb.

Hafta.az