XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

14 İyul 2016 - 16:54

Poroşenko Bakıda Rusiya əleyhinə niyə danışmadı? –Politoloqdan açıqlama

elxan-sahinoglu-esas

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Poroşenko Azərbaycanda rəsmi səfərdədir.

O, ölkə prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşlər keçirib, sənədlər imzalayıb. Lakin o, bu görüşlərin heç birində Rusiyaya yönəlik heç bir ifadə işlətməyib.

Strateq.az-ın məlumatına görə, Ukraya prezidentinin səfərindəki bu və ya digər məqamlarla bağlı politoloq Elxan Şahinoğlu  deyib ki, Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri uğurlu keçir:

"Gözlənildiyi kimi Poroşenko Bakıda Rusiya əleyhinə açıqlama vermədi. Bu, nə ona, nə də onun azərbaycanlı həmkarına lazım idi. Ukrayna və Azərbaycan prezidentləri arasında danışıqlar daha çox iqtisadi əməkdaşlıq, ticarətin artırılması və nəqliyyat imkanlarının hərəkətə gətirilməsi yolları ətrafında getdi.

Bildiyiniz kimi, Rusiya Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Azərbaycansa Ukraynanın şərqə yolunu aça bilər. Prezident İlham Əliyev də Ukrayna şirkətlərinə Azərbaycanın tranzit imkanlarından yararlanmağı təklif edib. İndi əsas məsələ yüklərin daşınması üçün münasib tariflərin müəyyənləşdirilməsidir. Üstəgəl, rəsmi Bakı Kiyevlə hərbi-texniki əməkdaşlığı davam etdirmək, o cümlədən birgə təyyarə istehsalına başlamaq istəyir".