XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 00:42

Bakı polisi reyd keçirdi –Qəlyan çəkən 20 azyaşlı saxlanıldı

kalyan-2

Bakıda yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman, polisin keçirdiyi reydlə saxlanılıb.

Strateq.az xəbər verir ki, məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. 

Məlumatda deyilir ki, öncədən təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları tərəfindən paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir. 

Əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Bundan əlavə, BŞBPİ-nin məlumatında deyilir ki, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.

Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.