Fransanın Nitsa şəhərində həyata keçirilən terror aktı nəticəsində xəsarət alanlardan 50 nəfərin vəziyyətinin kritik olduğu bildirilir.
Bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.
Məlumata görə, teraktda yaralanan 100 nəfərdən 50-sinin vəziyyəti olduqca ağırdır və bu da ölü sayının daha da artmasına səbəb ola bilər.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində Bastilya qələbəsini bayram edən insanlara hücum edilib.
Hücum nəticəsində 80 nəfər ölüb, 50-si ağır olmaqla 100 nəfər yaralanıb.
Terror aktını törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Teraktın həyata keçirildiyi yük avtomobilinin içərisindən çoxlu sayda silah-sursat və partlayıcı maddə tapılıb.
Həyata keçirilən teraktı hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.
Musavat.com