XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 09:43

“Space” TV “Günaydın” verilişini bağladı

space_tv_logo_020715.jpg

“Space” televiziyasında 3 gün öncə qalmaqal baş vermiş proqramın bağlanması barədə qərar qəbul edilib. Bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

Onun sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Strateq.az