XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

15 İyul 2016 - 11:21

Prezident İlham Əliyev Ollanda başsağlığı verdi:“Bu xəbər bizi olduqca sarsıtdı”

İlham-Eliyev-mushavire-4

Azərbaycan prezidenti İlham Əliyev Fransanın Nitsa şəhərində baş vermiş terrorla bağlı prezident Fransua Ollanda başsağlığı verib.  

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.