XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2016 - 13:25

“1 qəpik” artım hansı fəsadlar yaradacaq? –İqtisadçıdan şərh

rovsen-agayev

Xəbər verildiyi kimi, dünən Tarif Şurası işığın qiymətini 17 faizə yaxın qaldırıb.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, devalvasiyadan sonra iqtisadiyyatın iflyasiya həssaslığı əhəmiyyətli dərəcədə yüksəlib. Belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasının artırmaqla, ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir.

Bəs, "1 qəpiklik" artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə nə qədər xərc yaradacaq?

Bununla bağlı suala cavab verən iqtisadçı Rövşən Ağayev bildirib kİ, rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir:

"Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni 1 qəpiklik!" artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq. Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard təşkil edir. Artan tarifə görə xərclərin 42 milyon manatını ailələr, 128 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək. Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərlərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək".

İqtisadçı onu da deyib ki, Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, 1 qəpiklik!" artım birbaşa və dolayı yolla hər bir ailəyə ayda təxminən 7-8 manat zərə vuracaq.