XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 11:20

Səbailin icra başçısı oğlunu həbsdən azad etdirə bildi – Apellyasiya Məhkəməsində

sabail bac.jpg

İyunun 29-da Apellyasiya Məhkəməsi Vaqif Mursaqulovun sədrliyi ilə Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin azadlıqdan məhrumetmə cəzasının müddətini 5,5 ildən 3 ilə qədər azaldıb. Eyni zamanda, qətimkan tədbiri dəyişdirilərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib. Beləliklə, İlham Əsgərli azadlığa çıxıb. Məlumatı “Turan” İA yayıb.

Xatırladaq ki, 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi YNH-də “Mc Donald's”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həlak olması ilə bağlı iş üzrə hökm çıxarıb.

Məhkəmə bu qəzada İlham Əsgərlini və Əhliman Süleymanovu təqsirli bilib, onları 5,5 və 6 il müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs ediliblər.

Sənan Mirzəyev 2014-cü il sentyabrın 28-də avtomobil qəzasında həlak olub. YNH Zığ-Aeroport yolunda baş verib, İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” Əhliman Süleymanovun idarə etdiyi “Howo” yük maşınını vurub.

Həmin vaxt Sənan Mirzəyev və Pərvin Fətullayev (maşını idarə etməyi İlhama həvalə etmiş sürücü) “Mercedes”də olub.

Sənan Mirzəyev xəstəxanada bir müddət sonra vəfat edib, Fətullayev və Əsgərli isə yaralanıblar və müalicədən sonra ev dustaqlığına alınıblar.

Şahidlərin ifadələrindən görünürdü ki, “Mercedes” 180-200 km/saat sürəti ilə gedirdi və yük maşınını ötməyə çalışarkən onu vurub.

Həlak olan şəxsin atası Maqsud Mirzəyevin iddiasına görə, rayon icra başçısı öz oğlunu xilas etməklə məşğul olub, Sənana kömək etmək üçün heç bir addım atmayıb. Maqsud Mirzəyev özü YNH baş verdiyi gün xaricdə səfərdə olub.