XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 İyul 2016 - 14:16

Minsk Qrupu Qarabağla bağlı Türkiyəyə gedir:Çavuşoğlu Bakıdan Yerevana mesaj verdi

minsk qrupu teh

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Minsk qrupunun iştirakçı ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.

Mövlud Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir: "Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük”. O qeyd edib ki, Ermənistan bu cür təhriklərdən çəkinməlidir:
 
“Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək. Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Azərbaycana gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik. Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.