XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 14:22

Korrupsiya İdarəsi:“MTN rəhbərliyinin cinayətləri xüsusi istintaq qrupu tərəfindən araşdırılır”

eldar

Baş Prokurorluq yanında keçmiş MTN rəhbərliyinin işlərini araşdıran xüsusi istintaq qrupu fəaliyyət göstərir.

Bu barədə bu gün jurnalistlərə baş prokurorun müavini, Korrupsiya ilə Mübarizə Baş İdarəsinin başçısı Kamran Əliyev deyib. Onun sözlərinə görə, istintaq qrupu sıx qrafik əsasında işləyir:  “Keçmiş MTN rəhbərliyinin bütün korrupsiya faktları və digər cinayətləri həmin qrup tərəfindən araşdırılır”, – Kamran Əliyev qeyd edib.

Xatırladaq ki, “MTN işi” üzrə bu qurumun iyirmiyə yaxın keçmiş yüksək rütbəli zabit və generalları məsuliyyətə cəlb olunub.

 Onların hamısı cinayətkar dəstənin yaradılmasında, quldurluqda, insanların oğurlanmasında və korrupsiyada ittiham edilirlər. Cinayətkar dəstəyə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik edib.