XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 15:04

Nitsanı qana boyayan terrorçunun adı açıqlandı- Fransada fövqəladə vəziyyət daha 3 ay uzadıldı

Fransanın Nitsa şəhərində törədilən qanlı teraktın əsas icraçısı – yük maşınını insanların üzərinə sürən sürücünün kimliyi məlum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Tunis əsilli, 31 yaşlı Muhammed Laxuayey Buleldir.

Polis bu gün onun yaşadığı mənzildə axtarış aparıb. Terrorçunun hücumda istifadə etdiyi yük maşınını icarəyə götürdüyü məlum olub. Hadisə zamanı Nitsa şəhərinin polis rəisinin müavini də həyatını itirib.

Polislər maşından daha bir vəsiqə tapıblar. Hələlik bu vəsiqənin kimə məxsus olduğu açıqlanmır.

Qeyd edək ki, qanlı olayla bağlı Fransada üç günlük matəm elan olunub, fövqəladə vəziyyət isə daha 3 ay müddətinə uzadılıb.