XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 16:05

Putin Fransa xalqına videomüraciət ünvanladı:"Xüsusi qəddarlıqla törədilən cinayətdir" (VİDEO)

putin-09

Rusiya prezidenti Vladimir Putin dünən Nitsada baş verən qanlı teraktla bağlı Fransa xalqına videomüraciət ünvanlayıb. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, müraciət Rusiya prezidentinin rəsmi saytında yayılıb.

Putin bildirib ki, Fransa prezidentinin və ölkə rəhbərliyinin telefon söhbətinə vaxtının olmadığını anladığı üçün bu cür müraciətlə çıxış etmək qərarına gəlib: «Əziz Fransua! Rusiya terrorun, təhdidin nə olduğunu və onun bizim hamımıza nələr edə biləcəyini bilir. Xalqımız bu cür faciələrlə az rastlaşmayıb. Rus xalqı da baş verənlərə görə dərin kədər keçirir və Fransa xalqı ilə həmrəy olduğunu bəyan edir.

Cənab prezident! Ölənlərin yaxınlarına kədərimizi çatdırın və bizim adımızdan başsağlığı verin. Eyni zamanda bütün qurbanların ailələrinə səmimi dəstəyimizi çatdırır, yaralılara şəfa diləyirik".

Putin Nitsa terrorunu xüsusi qəddarlıqla törədilən cinayət adlandırıb. Və bir daha bildirib ki, terrorizmə yalnız güc birliyi ilə qalib gəlmək olar.

https://www.youtube.com/watch?v=ZdjxwuvXDfg