XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2016 - 17:20

Britaniya baş naziri:"Şoka düşdüm!"

Britaniyanın yeni baş naziri Tereza Mey Fransanın Nitsa şəhərində törədilən qanlı terror aktı ilə bağlı açıqlama verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir hücumdan şoka düşdüyünü bildirib. T.Mey terror qurbanlarının ailələri və yaxınlarının durumuna görə narahatlıq keçirdiyini də deyib.

Qeyd edək ki, 84 nəfərin ölümünə, 120 nəfərin yaralanmasına səbəb olan qanlı olayla bağlı Fransada üç günlük matəm elan olunub, fövqəladə vəziyyət isə daha 3 ay müddətinə uzadılıb.