XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 12:35

ABŞ-ın ən varlı ailəsi açıqlandı – 149 milyard dollarlıq sərvətə malikdir

Walmart.jpg

«Forbes» jurnalı Amerika Birləşmiş Ştatlarının ən varlı ailəsini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, 200 zəngin amerikalının yer aldığı siyahının birincisi Uolton ailəsidir.

Uoltonlar ABŞ-da məşhur marketlər şəbəkəsi olan «Walmart»ın sahibidir. Ailənin varidatı 149 milyard dollardır. ötən il də siyahıya bu ailə liderlik edirdi. Lakin həmin vaxt ailənin sərvəti bundan 3 milyard çox idi.

Uoltonlardan sonra ikinci yerdə «Koch Industries» şirkətinin sahibi olan Koch ailəsi gəlir.

üçüncü yerin sahibi nəhəng qənnadı şirkətinin sahibi olan Mars ailəsidir. Şirkət dünyaca məşhur «Mars» şokoladlarının da istehsalçısıdır. Ailənin sərvəti 80 milyard dollardır.

Bu il siyahıya 30-a yaxın yeni isim daxil olub. Siyahıdakı 200 milyarderin ümumi varidatı 1,3 trilyon dollardır.

Strateq.az