“Jurnalistlər bizimlə bir yerdə olanda,…” – Nazir Ramil Usubov
“Azərbaycanda cinayətkarlıqla mübarizədə, qanunsuzluqların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin dəstəyi böyük rol oynayır”.
Strateq.az Trend-ə istinadən xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul – polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli mərasimdən sonra jurnalistlərlə etdiyi səmimi söhbət zamanı bildirib.
KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirən daxili işlər naziri qeyd edib ki, jurnalistlər dövlətçilik naminə polisin işini dəstəklədikdə, daha yaxşı nəticələr əldə edilir: “Sizin rolunuzu xüsusi qeyd etmək istəyirəm. Kütləvi informasiya vasitələri bizimlə bir olanda daha yaxşı nəticələr əldə edilir. ölkəmiz əmin-amanlıq, sabitlik içindədir. Bunun təməlini qoyan ulu öndər Heydər Əliyev olub və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam edir. Belə də olacaq”.