Fransanın satirik jurnalı «Charlie Hebdo»nun rəssamlarından Korinn Rey Nitsa terrorunu karikaturasında təsvir edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, karikaturada insanların qanlı atəşfəşanlığı izlədiyi, özlərinin də qan içində olduğu əks olunub.
Karikaturada yazılan "Nice" sözü isə həm şəhərin adını göstərir, həm də «qəşəng» (ingiliscə) sözü kimi xarakterizə olunur.