XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 21:20

Mərkəzi Bankın daha bir səlahiyyəti alındı –Prezident fərmanı

merkezi bank

Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.

Bu, dövlət başçısının "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.

Sənəddən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti çıxarılıb.

Həmçinin, əsasnaməyə elektron sənədlərlə bağlı kargüzarlığın "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun həyata keçirilməsi müddəası əlavə edilib.

Eyni zamanda, publik hüquqi şəxslər də "İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı”nda yer alıb.

Bundan əlavə, Prezident İlham Əliyevin imzaladığı "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə fərmana əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına kargüzarlıq xidmətinin gerbsiz möhüründən istifadə etmək hüququ da verilib.

APA