XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2016 - 02:14

Davudoğlu və Abdulla Güldən ordunun çevriliş açıqlamasına sərt –Reaksiya

Davudoglu

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu və sabiq prezidenti Abdulla Gül ordunun çevriliş hərəkətini  sərt şəkildə qınayıb, onları geri çəkilməyə səsləyibllər.

Strateq.az xəbər verir ki, Davudoğlu bu ölkənin qürurlu iqtidarı olduğunu deyərək, ordunun başıpozuq dəstəsinin yerini bilməli olduğunu sərt ifadələrlə bəyan edib: "Onlar bilməlidir ki, xalq qəti belə hərəkətə imkan verməyəcək…".

Abdulla Gül də bəlirsiz güclərə sərt ittihamlar səsləndirib. Deyib ki, baş qərargah rəisi Hulusi Akarın girov götürülməsi və ordunun içindəki qüvvələrin bu hərəkəti ordu adına "qara ləkə"dir: "Türkiyə bir Afrika ölkəsi deyil. Heç kimsə quldur şəkilində belə gecə basqını ilə xaos yarada bilməz. Həmən bu hərəkətdən vaz keçib, yerlərinə qayıtmalıdır".