XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2016 - 02:25

Xalq tankların üzərinə yeridi, ordu geri çəkilir –Kılıcdaroğlu orduya səsləndi (VİDEOLAR)

tank-xalq

Türkiyədə ordu ilə iqtidarı müdafiə edən polis və digər güvənlik güclərinin qarşıdurması şiddətlənib.

Strateq.az xəbər verir ki, ordu Boğaziçi körpüsü istiqamətinə polislə atışmaya girib. 3 nəfərin ağır yaralandığı bildirilir. Ərazidə ağır silahların səsləri eşidilir.

Bu arada "Atatürk" Hava limanı istiqamətinə əlavə 7 tank çıxarılsa da, onların 6-sı geri dönüb, 1-i isə hava limanına toplaşan xalq tərəfindən zərərsizləşdirib. 

Bu arada müxalif lideri Kılıcdaroğlu açıqlama verərək, xalqın belə çevrilişlərdən doyduğunu bəyan edərək, qiyama qalxan ordunu geri çəkilmələri üçün səslənib.  

Bu arada o da açıqlanıb ki, qiyama qalxanlar 1-ci ordu birləşməsinin kiçik bir qrupudur. 

Bütün Türkiyə boyu isə xalq meydanlara çıxıb…