XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 03:18

AXCP liderindən Ərdoğana dəstək:"Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar"

kerimli-3

AXCP sədri Əli Kərimli Türkiyədə baş verən çevrilişə cəhd hadisələri ilə bağlı bəyanat verib.

Staretq.az AXCP sədrinin bəyanatnı təqdim edir:

"Əziz həmvətənlər, xeylinizin qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşdığını bilirəm. Amma bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil.

Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik.

Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq, hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. 

Dualarımız Türkiyə ilədir!".