XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 03:33

“Bu ölkə belə qiyama baş əyəcək deyil” –Ərdoğandan Fətullah Gülənə ismarıc (VİDEO)

erdogan-33

Bu dəqiqələrdə Türkiyə prezidenti Ərdoğan kameralar qarşısına çıxıb. O, bütün xalqı ölkəboyu meydanlara səsləyib.

Strateq.az xəbər verir ki, "bu ölkə belə qiyama baş əyəcək ölkə deyil" söyləyən Ərdoğan baş verənlərdə Fətullah Güləni də ittiham edib: "Hamı bilsin ki, bu ölkə Pensilvaniyadan idarə olunan deyil. Gərəkən addımlar atılır. Artıq onların saxlanılması yönündə hüquqi addımlar saxlanılır".

Prezident deyib ki, hərbi dəniz və xüsusi təyinatlı qüvvələrin komandanlığı da qiyamçılara qarşı hərəkətə keçiblər: "Onlar açıq bildiriblər ki, həmin hadisədə yer alan eşgiyalara aramızda yer yoxdur".

Prezidentin bu çıxışından sonra həqiqətən də hər iki qurumun belə bir açıqlama verməsi rəsmən telekanallarda yayımlanıb.