XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2016 - 05:12

Ərdoğanın qaldığı otel bombalanıb, baş köməkçisi girov götürülüb! –Qiyamçılara son xəbərdarlıq (VİDEO)

aksiya-turkiye

Bu dəqiqələrdə Türkiyə prezidenti Ərdoğan Ankarada Atatürk Hava Limanı ətrafına toplanan tərəfdarları ilə görüşüb.

Strateq.az xəbər verir ki, xalqın qarşısına çıxan Ərdoğan "Heç bir zaman çevriliş edən, buna cəhd edənlər tarixdə uğur qazana bilməyib. Yenə də bilməyəcəklər. Zatən, güvənlik güclərimiz gərəyini edirlər. Bunların qarşısı qətiyyətlə alınacaq. Ən ağır şəkildə hüquq qarşısında cəzalarını alacaqlar", – deyib.

Ərdoğan Ankara və İstanbul səmasında havaya qaldıran F-16 və helikopterlərlə bağlı duruma da aydınlıq gətirib: "Biz bu hərbi təyyarələri buna görə almamışıq ki, mənim, baş komandanın enmək istədiyi təyyarəni vurmağa cəhd etsinlər. Baxın, mən Marmarisdə qaldığım oteldən çıxandan sonra oranı da bombalayıblar. Bunu yapanlar dövlətə birbaşa xəyanət etdilər. O paralelçilər bilsinlər ki, istəklərinin heç bir nəticə verməyəcək. Ordunun yüksək rütbəlilərə səslənirəm, deyirəm ki, o Pensilvaniyadan qidalananlara qarşı əzminizi göstərin".

Ərdoğan qiyamçılara bir daha səslənib: "Əgər siz bu millətə silah qaldırarsınızsa, bunun da cəzasını ağır ödəyərsiniz. O tanklar sizin deyil, millətindir. Millətin silahını necə ələ keçiribsinzə, elə də onunla geri qayıdın. Hazırda xeyli həbs edilənlər var. Ona görə bir daha silahı buraxmayanlara səslənib, deyirəm, nə qədər gec deyil, silahı yerə qoyun".

Ərdoğan çıxışında köməkçisinin də girov götürüldüyünü açıqlayıb: "Hazırda mən Hulusi Akardan və Marmarisi tərk edəndən sonra orada mənimlə bir yerdə olmuş baş köməkçimdən xəbərsizəm. Mən çıxandan sonra ora basqın edib, onu və bir neçə nəfəri də girov götürüblər. Axı, nə edəcəksiniz mənim köməkçimə?".

Hazırda meydanda olan Ərdoğanı minlərlə tərəfdarı əhatəyə alaraq, ona dəstəyini ifadə edirlər…

Bu arada NATO-dan da açıqlama gəlib. NATO seçilmiş hökumətə dəstək verərək, qiyamçıların geri çəkilməsini tələb edib.

NATO ilə yanaşı, Türk Silahllı Qüvvələrin 3-cü ordu birləşməsinin komandanı da qiyamçılara son xəbərdarlığını edib: "Dərhal hərbi hissələrinizə geri dönün! Dönməyən hər kəslə bağlı işləmlər başlanacaq, sərt cəza alacaqlar!".